“Qarabağ”la oyunun təxirə salınması iddialarına “Neftçi”dən REAKSİYA

Hazırda oxunan: “Qarabağ”la oyunun təxirə salınması iddialarına “Neftçi”dən REAKSİYA

595250

“Fevralın 21-də keçiriləcək “Neftçi” - “Qarabağ” oyunu ilə bağlı dəyişən heç nə yoxdur”.

Bunu Bizim.Media-ya “Neftçi”nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuatda sözügedən matçın təxirə salınması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Tahir Gözəl: “Neftçi”dən xahiş edirik ki, oyun təxirə salınsın”


Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində 18 və 24 fevralda "Nyukasl"a keçirəcəyi oyunlara görə “Neftçi” ilə qarşılaşmanın təxirə salınması üçün PFL və Bakı klubuna müraciət edib.

“Ağ-qaralar” isə bu addımın klubun hazırlıq planına mənfi təsir göstərəcəyi səbəbilə təklifdən imtina edib.

Daha sonra isə "Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Televiziyasına açıqlama verərək, “Neftçi”dən oyunun təxirə salınmasını xahiş edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin