“Neftçi” Kiprin “Etnikos” klubunun hücumçusu Breno Almeydanın transferini həll edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Etnikos”un mətbuat xidmətinin rəhbəri Angelos Vrahimis ölkəsinin mətbuatına açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, tərəflər bütün detallarda razılığa gəliblər.
Klub rəsmisi bildirib ki, 27 yaşlı braziliyalı vingerin keçidi onlara yüksək məbləğdə gəlir qazandıracaq:
“Brenoya görə gələn təklif klubumuz üçün müsbətdir. Bu, şübhəsiz ki, “Etnikos” tarixinin ən bahalı 3 satışından biri olacaq”.
Qeyd edək ki, Breno Almeyda “Etnikos”a 2024-cü ilin yayında Braziliyanın “Sampayo” klubundan keçib. O, daha əvvəl Maltada da legioner həyatı yaşayıb.
Bizim.Media
































































































