"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

Hazırda oxunan: "Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

595132

"Mən buraya gəlmişəm ki, "Sabah" haqda suallara cavab verim. Nəyə görə daim "Qarabağ" haqda suallar verirsiniz? Bu məsələyə də münasibət bildirmək istəmirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri "Sabah"- "Araz-Naxçıvan" matçından sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas "Neftçi" - "Qarabağ" matçının təxirə salınması ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

"Qarabağ" haqda soruşmaq istəyirsinizsə, onların oyununa gedib, baş məşqçisinə sual verə bilərsiniz. "Sabah"ın oyununa gəlirsiniz və mənə "Qarabağ" haqda sual verirsiniz. Bu, haradasa hörmətsizlikdir. Siz bizə də hörmətlə yanaşın, bu ölkədə təkcə "Qarabağ" mövcud deyil, başqa komandalar da var. Mən "Qarabağ"a, gördükləri işə böyük hörmətlə yanaşıram", - deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, Misli Premyer Liqasında XIX turun ilk qarşılaşmasında "Sabah" evdə "Araz-Naxçıvan"ı 4:1 hesabla məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin