İtaliyanın Milan və Kortina dAmpetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışlar davam edir.
Bizim.Media xəbər verir ki, bu gün Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev Milanda yerləşən Atletlər kəndində olublar.
MOK və federasiya rəsmiləri Olimpiya kəndində məskunlaşan nümayəndə heyətinin üzvləri və idmançımız, fiqurlu konkisürən Vladimir Litvintsevlə görüşüblər. Şef-de-mission Anar Bağırov burada yaradılan şərait, hazırlıq prosesi, məskunlaşma və qidalanma ilə bağlı ətraflı məlumat verib.
Görüş zamanı yarışlara hazırlığın gedişi müzakirə edilib, mövcud imkanlar müsbət qiymətləndirilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev Azərbaycan komandasının üzvlərinə uğurlar arzulayaraq, idmançılarımızın ölkəmizi Qış Olimpiya Oyunlarında layiqincə təmsil edəcəklərinə inandıqlarını bildiriblər.
Azərbaycan XXV Qış Olimpiya Oyunlarında dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev olmaqla iki idmançı ilə təmsil olunur.
"Milan-Kortina-2026" Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparır.
XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.



Bizim.Media

- A-
- A
- A+
İdman
19:18 / 08.02.2026
MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO
Hazırda oxunan: MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO
Hazırda oxunan: MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO
595123
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































