“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl" İngiltərə Premyer Liqasının XXV turunda növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, doğma meydanda “Brentford”u qəbul edən "sağsağanlar" 2:3 hesabı ilə məğlub olaraq daxili turnirlərdəki qələbəsizlik seriyasını 6 matça çatdırıb. Bütün turnirlərdə son 9 matçda 1 qələbəsi olan “Nyukasl” Premyer Liqanın turnir cədvəlində 33 xalla 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Nyukasl” və “Qarabağ” arasında ilk qarşılaşma fevralın 18-də Bakıda, cavab oyunu isə fevralın 24-də İngiltərədə keçiriləcək.
İngiltərə Premyer Liqası
XXV tur
"Nyukasl" - "Brentford" 2:3
Qollar: S.Botman, 24, B.Quimaraeş, 79(pen), - V.Janelt, 37, İ,Tiaqo, 45+2(pen), Da Outtara, 85
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
15:42 / 08.02.2026
“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO
Hazırda oxunan: “Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO
Hazırda oxunan: “Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO
595075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































