"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

Hazırda oxunan: "Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

595052

Bu gün Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turniri başa çatacaq.

Bizim.Media xəbər verir ki, sonuncu yarış günündə üç çəki dərəcəsində 5 cüdoçumuz 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq.
 

81 kq çəki dərəcəsində Zelim Tçkayev, Vanq Cian-nan (Çin) - Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün,Vüsal Qələndərzadə Saşa Jiqli (fransa) - Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.


100 kq çəki dərəcəsində Əjdər Bağırov Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası) ilə mübarizə aparacaq.

+100 kq çəki dərəcəsində Uşanqi Kokauri almaniyalı Marvin Belzlə, Kənan Nəsibov isə avstriyalı Ştefan Heqi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin