"Arsenal" klubu yanvar ayının ən yaxşı futbolçusunu müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin qalibi komandanın isveçli hücumçusu Viktor Dyokereş olub.
Səslərin 48 faizini toplayan skandinaviyalı forvard Qabriel Jezus, Martin Zubimendi və Qabriel Martinellini geridə qoyaraq birinci olub.
Qeyd edək ki, ötən ay "topçular"ın heyətində 8 oyuna çıxan Dyokereş 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Mikel Artetanın komandası hazırda 53 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Londonlular növbəti turda "Emirates" stadionunda "Sanderlend"i qəbul edəcəklər.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:17 / 07.02.2026
"Arsenal"ın ƏN YAXŞISI seçildi
Hazırda oxunan: "Arsenal"ın ƏN YAXŞISI seçildi
Hazırda oxunan: "Arsenal"ın ƏN YAXŞISI seçildi
594975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































