Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

Hazırda oxunan: Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

594970

İspaniya La Liqasında bu gün keçirilməli olan "Rayo Valyekano" - "Real Oviedo" qarşılaşması baş tutmayacaq.

Bizim.Media xəbər verir ki, matç qeyri-müəyyən vaxta təxirə salınıb.

Qərar futbolçuların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. Klubun bütün səylərinə baxmayaraq meydan sahiblərinin stadionunun qazonu təhlükəsizlik tələblərinə cavab vermir.

Proqnozlaşdırılan yağışlı hava şəraiti isə vəziyyəti daha da çətinləşdirib.

Qeyd edək ki, "Rayo Valyekano" hazırda 22 xalla turnir cədvəlinin 18-ci pilləsində, təhlükəli zonada qərarlaşıb. 16 xalı olan "Real Oviedo" isə sonuncu yerdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin