Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirində mübarizəyə başlayırlar. Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayacaqlar.
Bizim.Media xəbər verir ki, ilk yarış günündə üç idmançı tatamiyə çıxacaq.
Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Kim Hvasu (Cənubi Koreya) - Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Nazir Talıbov eyni raundda Migel Qaqo (Portuqaliya) - Erbol Abasbekov (Qırğızıstan), Ruslan Paşayev (hər ikisi 66 kq) Yusuf Nurkoviç (Monteneqro) - Bence Ponqrats (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
Bizim.Media




























































































