FİFA-dan yeni SOAT texnologiyası – Offsayd 3 saniyəyə müəyyənləşəcək

Hazırda oxunan: FİFA-dan yeni SOAT texnologiyası – Offsayd 3 saniyəyə müəyyənləşəcək

59490

FİFA VAR-dan sonra yeni bir texnologiya üzərində işləyir. 

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu oyundankənar vəziyyəti 3 saniyə ərzində ayırd edə biləcək yarıavtomatik sistem yaradıb. Bu yeni texnologiya SOAT adını daşıyır.

Sistemin funksiyasına əsasən, süni intellekt vasitəsi ilə meydançadakı bütün futbolçular izləniləcək. Nəticədə oyundankənar vəziyyət olduğu halda bu, 3 saniyə ərzində bildiriləcək. Əgər texnologiya sınaqlardan uğurla keçərsə, o, DÇ-2022-də tətbiq ediləcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan futbolunda VAR-ın tətbiqi ləngiyir – Çip problemi 


Xəbərdə o da qeyd olunub ki, İngiltərə Premyer Liqası da daxil olmaqla dünyanın bütün nüfuzlu çempionatları mövcud oyundankənar vəziyyət texnologiyasını SOAT-la əvəzləməyi düşünür. 

Sitemin yarıavtomatik adlandırılmasına səbəb isə budur: Süni intellekt əsaslı olan texnologiya topu avtomatik aşkarlayır.

Sistem sürətli bir şəkildə futbolçunun mövqeyinin üçölçülü modellərini yaradır. Texnologiya kameralardan gələn izləmə dəqiqliyini və sensor sistemini istifadə edərək topa toxunuş anını önə çıxarır.

O, bir futbolçunun 3D skeletinin hansı hissəsinin digər oyunçunun bədənindən daha öndə olduğunu müəyyən edən modellər çəkərək qərarların verilməsinə kömək edir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin