“Qarabağ”ın heyətində DƏYİŞİKLİK

Hazırda oxunan: “Qarabağ”ın heyətində DƏYİŞİKLİK

594815

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandası ilə üz-üzə gələcək “Qarabağ” iştirak ərizəsində dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, baş məşqçi Qurban Qurbanov yarımmüdafiəçi Kris Kuakunun adını iştirak ərizəsindən çıxarıb. 

Onu Kadi Borges əvəzləyib. “Köhlən atlar”ın yeni transferi Jeremi Qnali isə heyətdə yer almayıb.
 

“Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.


Xatırladaq ki, Kadi Borgesin adı noyabrda zədələndiyi üçün iştirak ərizəsindən çıxarılmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin