"Neftçi" hücum xəttini yeni oyunçu ilə gücləndirmək üzrədir.
Bizim.Media xəbər verir ki, bu barədə "goal.philenews.com" saytı məlumat yayıb.
"Ağ-qaralar" "Etnikos"da çıxış edən Breno Almeydanın keçidini həll edib.
Xəbərdə bildirilir ki, "Neftçi" braziliyalı vinger üçün onun klubu ilə anlaşma əldə edib. Bakılılar 27 yaşlı futbolçunun özü ilə də razılığa gəlib.
Qeyd edək ki, Breno Almeyda 2024-cü ilin yayından "Etnikos"da çıxış edir. "Sambaçı" bu mövsüm Kipr təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media




























































































