“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Hazırda oxunan: “Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

594726

"Tottenhem"in qapıçısı Qulyelmo Vikario İtaliya A Seriyasına qayıda bilər.

Bizim.Media xəbər verir ki, "İnter" italiyalı qolkiperi transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
 

Milan klubu Vikarionu Yann Zommerin davamçısı kimi düşünür. 29 yaşlı "əlcək sahibi" özü də "İnter"ə keçməyə isti yanaşır.


Qeyd edək ki, "Tottenhem" Qulyelmo Vikarionu 2023-cü ilin yayında "Empoli"dən 18 milyon avroya transfer edib.

İtaliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 34 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin