“Qarabağ”la oyundan əvvəl Şamaxı şəhər stadionu qardan təmizlənir.
Bizim.Media xəbər verir ki, “Şamaxı” klubunun mətbuat xidmətindən qol.az-a bildirilib ki, bu günə nəzərdə tutulan Azərbaycan kubokunun 1/4 final mərhələsində Ağdam komandasına qarşı matç təxirə salınmayacaq.
“Bəli, gəcədən səhərə qədər qar yağıb. Meydança tamamilə qar örtüyünə bürünmüşdü. Amma bu gün səhər tezdən təmizləmə işlərinə başlanılıb. Oyuna qədər meydança tam hazır vəziyyətə gətiriləcək", - “Şamaxı”nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov bildirib.
Xatırladaq ki, futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin digər oyunları bu gün keçiriləcək. İlk olaraq "Qarabağ" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək.
Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Saat 19:00-da isə "Turan Tovuz" "Kəpəz"lə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:37 / 05.02.2026
Şamaxı şəhər stadionu qardan təmizlənir – Bu gün “Qarabağ”la oyun olacaq –VİDEO
Hazırda oxunan: Şamaxı şəhər stadionu qardan təmizlənir – Bu gün “Qarabağ”la oyun olacaq –VİDEO
Hazırda oxunan: Şamaxı şəhər stadionu qardan təmizlənir – Bu gün “Qarabağ”la oyun olacaq –VİDEO
594593
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































