Azərbaycan Kuboku: "Qarabağ" bu gün "Şamaxı"nı sınağa çəkəcək

Hazırda oxunan: Azərbaycan Kuboku: "Qarabağ" bu gün "Şamaxı"nı sınağa çəkəcək

594563

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin digər oyunları bu gün keçiriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq "Qarabağ" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək.

Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Cütün qalibi yarımfinalda "Sabah" - "Qəbələ" duelinin (ilk oyun - 0:0) güclüsü ilə görüşəcək.

Saat 19:00-da isə "Turan Tovuz" "Kəpəz"lə qarşılaşacaq. Oyun "Azərsun Arena"da təşkil olunacaq. Bu cütdə sevinən tərəf növbəti raundda "Sumqayıt" - "Zirə" qarşılaşmasının (ilk oyun - 0:0) qalibi ilə münasibətlərə aydınlıq gətirəcək

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin