“Fənərbağça”nın legioneri Ərəbistan KLUBUNDA

Hazırda oxunan: “Fənərbağça”nın legioneri Ərəbistan KLUBUNDA

594517

"Əl-İttihad" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Fənərbağça"dan Yussef En-Nesirini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ərəblər mərakeşli forvard üçün Türkiyə klubuna 15 milyon avro təzminat ödəyib. 28 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Fənərbağça" Yussef En-Nesirini 2024-cü ilin yayında "Sevilya"dan 19,5 milyon avroya transfer etmişdi. Mərakeş millisinin üzvü bu mövsüm İstanbul nəhənginin heyətində meydana çıxdığı 27 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin