Premyer Liqa klubu baş məşqçisi ilə SAĞOLLAŞA BİLƏR

Hazırda oxunan: Premyer Liqa klubu baş məşqçisi ilə SAĞOLLAŞA BİLƏR

594497

İngiltərənin "Vest Hem" klubu baş məşqçisi Nunu Eşpiritu Santu ilə yollarını ayıra bilər.

Bizim.Media xəbər verir ki, London təmsilçisi Premyer Liqada mövqeyini qoruya bilməyəcəyi təqdirdə portuqaliyalı mütəxəssislə sağollaşacaq.

"The Athletic" nəşrinin məlumatına görə, bu halda klub çalışdırıcıya hər hansı təzminat ödəməyəcək.
 

Ötən ilin sentyabrında komandanı çalışdırmağa başlayan və 2028-ci ilin yayına qədər müqavilə imzalayan mütəxəssisin sözləşməsində bununla bağlı xüsusi bənd yer alır. Klub rəhbərliyi özünü sığortalamaq üçün bu şərti müqaviləyə daxil edib.


Qeyd edək ki, son vaxtlar oyununda irəliləyiş hiss olunsa da, "Vest Hem" hələ də təhlükəli zonadadır. Klub xilasedici pillədən 6 xal geri qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin