Məşhur futbolçu Türkiyə klubuna KEÇƏ BİLƏR

Hazırda oxunan: Məşhur futbolçu Türkiyə klubuna KEÇƏ BİLƏR

594469

“Real” və “Bavariya” kimi klublarda oynamış Xames Rodriqes Türkiyəyə yollana bilər.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı kolumbiyalıya Superliqada yarışan “Göztepe” maraq göstərir.
 

Artıq tərəflər arasında danışıqlara start verilib. Hazırda azad agent statusu daşıyan Xames özü də Türkiyədə oynamağa müsbət yanaşır. Amma bu keçid onun tələb etdiyi maaşı verəcəkləri təqdirdə reallaşacaq.


Rodriqezə “Estudiantes”, “Minnesota Yunayted” və “Platense” klubları da maraq göstərir. O, karyerası ərzində “Banfild”, “Porto”, “Monako”, “Everton”, “Əl-Rayyan”, “Olimpiakos”, “Sao Paolo”, “Rayo Valyekano”, “Leon” klublarında oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin