“Neftçi” – “Qarabağ” oyunu niyə təxirə salınmadı? – PFL-dən AÇIQLAMA

Hazırda oxunan: “Neftçi” – “Qarabağ” oyunu niyə təxirə salınmadı? – PFL-dən AÇIQLAMA

594445

“Qarabağ” klubu “Nyukasl”la Çempionlar Liqasının play-off oyununa daha yaxşı hazırlaşmaq üçün həmin ərəfədə oynanılacaq “Neftçi” ilə oyunun təxirə salınmasını istəyib.

Bununla əlaqədar Ağdam klubunun rəhbərliyi Peşəkar Futbol Liqasına müraciət edib. Lakin PFL rəqib “Neftçi”nin razılıq verməməsi səbəbindən oyunu təxirə salmayıb.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Peşəkar Futbol Liqasının Media və Marketinq departamentinin rəhbəri Sənan Abdullayev yaranmış vəziyyəti belə şərh edib:
 

“Yarışların keçirilməsi üzrə əsasnamənin 6-cı bəndində qeyd olunur ki, Avrokubokların 4-cü təsnifat mərhələsində yəni play-off mərhələsində iştirak edən klub oyunun bir dəfə təxirə salınması üçün müraciət edə bilər.


Liqa mərhələsindən sonrakı play-off mərhələsində də hər mərhələdə bir dəfə olmaqla müraciət etməsi mümkündür. Lakin hər bir halda qarşı tərəfin razılığı olmalıdır. “Qarabağ”ın müraciəti zamanı isə digər tərəf sayılan “Neftçi”nin razılığı olmayıb və ona görə də “Neftçi”-“Qarabağ” görüşü təxirə salınmayıb”.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü fevralın 21-də “Neftçi Arena” stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin