Bölgə klubu anqolalı legioner TRANSFER ETDİ

Hazırda oxunan: Bölgə klubu anqolalı legioner TRANSFER ETDİ

594307

"Şahdağ Qusar" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, I Liqa təmsilçisi Aqostinyo Çipesse ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı anqolalı futbolçu ilə 5 ay+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aqostinyo Çipesse son olaraq Finlandiyanın “Kokkolan” klubunda çıxış edib. O karyerası ərzində Portuqaliyanın “Jil Visente”, “Vilaverdense”, “Vilanovenses” klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin