Azarkeşlərə SƏFƏR QADAĞASI qoyuldu

Hazırda oxunan: Azarkeşlərə SƏFƏR QADAĞASI qoyuldu

594302

İtaliya A Seriyasının lideri "İnter"in azarkeşləri cəzalandırılıb.

Bizim.Media xəbər verir ki, "Reuters"in məlumatına görə, İtaliya Daxili İşlər Nazirliyi Milan klubunun fanatlarına martın 23-nə qədər səfər oyunlarına getməyi qadağan edib.

Bu sərt qərara səbəb bazar günü "Kremoneze" ilə matçda qonaq sektorundan qapıçı Emil Auderoya tərəf yandırıcı maddənin (fayer) atılması olub.
 

Qərara əsasən, Lombardiya bölgəsində yaşayan azarkeşlərə "Sassuolo", "Leççe" və "Fiorentina" ilə səfər oyunları üçün bilet satışı dayandırılıb. Ancaq martın 8-də əzəli rəqib "Milan"la keçiriləcək derbi matçı bu qadağaya şamil edilməyib. Nazirlik bunu oyunun eyni şəhərdə keçirilməsi və azarkeşlərin səfər etməsinə ehtiyac olmaması ilə əsaslandırıb.


Qeyd edək ki, hazırda turnir cədvəlinə başçılıq edən "İnter" ən yaxın izləyicisini 8 xal qabaqlayır. Komanda bu bazar günü "Sassuolo"nun qonağı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin