Ronaldo Səudiyyə Ərəbistanı klubundan ayrılacaq?

Hazırda oxunan: Ronaldo Səudiyyə Ərəbistanı klubundan ayrılacaq?

594215

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo bu ilin yayında Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrıla bilər.

Bizim.Media “Record” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı hücumçu ilə klub rəhbərliyi arasında fikir ayrılığı yaranıb.

Ulduz futbolçu Səudiyyə Ərəbistanının digər klubları ilə müqayisədə “Əl-Nəsr”ə daha az dövlət investisiyasının ayrılmasından narazıdır.

Bu səbəbdən forvard ölkə çempionatının XX turunun “Əl-Riyad”la oyununda (1:0) iştirak etməyib. Onun komandasının matçlarını boykot etdiyi iddia olunur.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Əl-Nəsr”lə müqaviləsindəki sərbəstqalma maddəsi 50 milyon avrodur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin