"Kəpəz"in futbolçusu bıçaqlandı

Hazırda oxunan: "Kəpəz"in futbolçusu bıçaqlandı

594162

Gəncədə "Kəpəz" futbol klubunun oyunçusu bıçaqlanıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü V. Rzayev qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyata götürülüb, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Məlumata görə V. Rzayev "Kəpəz" futbol klubuna “Turan Tovuz” klubundan yeni transfer olunub. 

Faktı klubdan təsdiq ediblər.  

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin