Kərim Benzema bu komandaya transfer oldu

Hazırda oxunan: Kərim Benzema bu komandaya transfer oldu

594153

Fransız hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ilə müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 38 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Benzema 2023–2025-ci illərdə “Əl-İttihad”da çıxış edib və Səudiyyə Ərəbistanı çempionu olub.

Yanvarın 29-da “L’Equipe” qəzeti futbolçunun maaşın azaldılması səbəbindən klubla yollarını ayırdığını yazıb.

Karyerası ərzində “Lion” və “Real Madrid”də çıxış edən Benzema 2022-ci ildə “Qızıl top” mükafatını qazanıb. O, Fransa millisinin heyətində 97 oyunda 37 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin