Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Hazırda oxunan: Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

594132

Kolumbiyalı tanınmış hücumçu, hazırda "Millonarios"da çıxış edən Radamel Falkaonun şərəfinə heykəl ucaldılıb.

Bizim.Media xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, ulduz futbolçunun doğma şəhəri Santa Martada ucaldılan abidə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
 

Heykəlin xarici görünüşü azarkeşlərin diqqətini çəkib və fotolar sürətlə yayılıb. Heykəlin hündürlüyü təxminən 180 sm, çəkisi isə 180 kq-dan çoxdur.


Xatırladaq ki, futbolçu karyerası ərzində "River Pleyt", "Portu", "Atletiko", "Monako", "Mançester Yunayted", "Çelsi", "Qalatasaray" və "Rayo Valyekano" kimi klubların şərəfini qoruyub. O, 2007-2023-cü illərdə Kolumbiya yığmasının uğurları üçün çalışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin