"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

Hazırda oxunan: "Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

594121

Səudiyyə Ərəbistanı Pro Liqasında 20-ci turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, "Əl-Nəsr" səfərdə "Əl-Riyad"ın qonağı olub.

Komandanın kapitanı Kriştiano Ronaldonun iştirak etmədiyi görüşdə qonaqlar minimal hesablı qələbə (1:0) qazanıblar. Matçın taleyini 40-cı dəqiqədə Sadio Mane həll edib.

Seneqallı hücumçu portuqaliyalı futbolçu Joau Feliksin ötürməsini qola çevirərək komandasına 3 xal qazandırıb.
 

Xatırladaq ki, Ronaldo bu mövsüm ilk dəfə çempionat oyununun iştirak ərizəsindən kənarda qalıb. Daha öncə futbolçunun klub rəhbərliyindən narazı olduğu və matçlarda iştirak etməkdən imtina etdiyi xəbərləri yayılmışdı.


Qeyd edək ki, bu qələbədən sonra xallarını 46-ya çatdıran "Əl-Nəsr" turnir cədvəlində liderliyə yüksəlib. Eyni xala malik, lakin ehtiyatda bir oyunu olan "Əl-Hilal" isə ikinci pilləyə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin