İtaliya A Seriyasında çıxış edən "Verona" klubu baş məşqçisi ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, komandanın çalışdırıcısı Paolo Zanetti tutduğu vəzifədən azad edilib.
Rəhbərlik 2024-cü ilin yayından komandanı çalışdıran 43 yaşlı mütəxəssislə müqaviləyə xitam verib. Bu qərara səbəb olaraq "Verona"nın son turda "Kalyari"yə 0:4 hesabı ilə məğlub olması göstərilib.
Qeyd edək ki, komanda son 8 oyunda cəmi 2 dəfə məğlubiyyətdən qaça bilib.
Bundan başqa, klub 23 turdan sonra cəmi 14 xalla turnir cədvəlinin sonuncu, 20-ci pilləsində qərarlaşıb.
Bizim.Media




































































































