"Əl-Nəsr" Ronaldosuz meydana çıxacaq

Hazırda oxunan: "Əl-Nəsr" Ronaldosuz meydana çıxacaq

594102

Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci turunda "Əl-Riyad"la qarşılaşacaq "Əl-Nəsr"in heyətində gözlənilməz hadisə baş verib.

Bizim.Media xəbər verir ki, komandanın kapitanı Kriştiano Ronaldo bu gün baş tutacaq matçın iştirak ərizəsinə daxil edilməyib.
 

Klubun mətbuat xidmətinin yaydığı siyahıda portuqaliyalı ulduzun adı əsas və ya ehtiyat oyunçular arasında yer almayıb. Halbuki Ronaldo 2025/2026 mövsümündə çempionatın geridə qalan 19 oyununun hamısında start heyətdə meydana çıxıb.


Qeyd edək ki, daha öncə futbolçunun klub rəhbərliyindən narazı olduğu və matçlarda iştirak etməkdən imtina etdiyi xəbərləri yayılmışdı.

Bununla yanaşı, məlumata görə, portuqaliyalı futbolçu sabiq komanda yoldaşı Kərim Benzemanın da "Əl-Nəsr"ə mümkün transferinə qarşı çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin