"Anderlext" baş məşqçini istefaya göndərdi

Hazırda oxunan: "Anderlext" baş məşqçini istefaya göndərdi

594097

"Anderlext" baş məşqçisi Bisnik Hasini istefaya göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçika təmsilçisi uğursuz nəticələr səsəbindən 54 yaşlı mütəxəssislə yolları ayırıb. Komanda müvəqqəti olaraq Edvard Stillə tapşırılıb.
 

Xatırladaq ki, Hasi ötən ilin mart ayından "Anderlext"i çalışdırırdı. Komanda həmin vaxtdan bəri 43 oyun keçirib ki, bunlardan 18-i qələbə, 9-u heç-heçə və 16-sı məğlubiyyətlə nəticələnib.


Belçika çempionatının 23 turundan sonra "Anderlext" sıralamada 13 xalla 4-cüdür.

Konfrans Liqasında isə "Anderlext" pley-offda (şərti olaraq 4-cü təsnifat mərhələsi) Yunanıstan AEK-inə yenilərək (1:1, 0:2) mübarizəni dayandırmışdı.

Hasi məşqçilik karyerasında daha əvvəl də "Anderlext"də işləyib. O, 2014-cü ildən 2016-cı ilə qədər bu komandaya rəhbərlik edib və həmçinin 5 il köməkçi məşqçi kimi çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin