Millimizi xorvat baş məşqçi çalışdıracaq?

Hazırda oxunan: Millimizi xorvat baş məşqçi çalışdıracaq?

594039

AFFA 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi ilə bağlı seçimlərini davam etdirir.

Bizim.Media xəbər verir ki, U-20 yığmamız gələn il Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi dünya çempionatında iştirak edəcək.
 

Komandaya ölkə daxilində çalışan mütəxəssisin təyin olunması daha real görünür. Adı hallanan yerli məşqçilər arasında Aqil Nəbiyev və İlham Yadullayev də var. Lakin assosiasiyanın əsas namizədi “Sabah-2”nin baş məşqçisi Adino Mustedanagiçdir.


Xorvatiyalı mütəxəssis ötən ildən “Sabah-2”ni çalışdırır və hazırda komanda Əvəzedicilər Liqasına liderlik edir.

Bu uğur AFFA-nın diqqətini cəlb edib. Qurumla “Sabah” klubu arasındakı münasibətlər də Mustedanagiçin U-20-yə gətirilməsini asanlaşdırır.

Qeyd edək ki, 43 yaşlı mütəxəssis eyni zamanda “Sabah”ın U-19 komandasına da rəhbərlik edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin