Binəqədidə işıq kəsiləcək

Hazırda oxunan: Binəqədidə işıq kəsiləcək

593985

Bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq.
 

Bununla əlaqədar olaraq saat 11:30-dan 14:00-dək Xocəsən qəsəbəsi və Motodrom yaşayış massivi, saat 11:30-dan 15:00-dək Binəqədi kəndi, Bakıxanov, G. Rüstəmov küçələri, eləcə də bu ünvanlara yaxın ərazidə yerləşən yeni yaşayış sahəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin