Yüngül çəki dərəcəsində çıxış edən azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev Sidneydə (Avstraliya) keçirilən UFC 325 turnirində braziliyalı Maurisio Ruffiyə məğlub olub.
Bizim.Media xəbər verir ki, hakim ikinci raundun başa çatmasına 30 saniyə qalmış, Fiziyevin silsilə zərbələr buraxmasından sonra döyüşü dayandırıb.
Ruffiyə texniki nokautla qələbə verilib.
32 yaşlı Fiziyev 13 qələbə müqabilində karyerasında beşinci məğlubiyyətini alıb. 29 yaşlı Ruffinin isə indi 13 qələbəsi və iki məğlubiyyəti var.
Bizim.Media

































































































