"Milan" qapıçısı ilə yeni müqavilə İMZALADI

Hazırda oxunan: "Milan" qapıçısı ilə yeni müqavilə İMZALADI

593796

İtaliyanın "Milan" klubu əsas qapıçısı Mik Menyanla müqavilənin müddətini artırıb.

Bizim.Media xəbər verir ki, klub fransalı qolkiperlə yeni sözləşmə imzalayıb.
Tərəflər arasındakı yeni razılaşma 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 25 oyuna çıxan Menyan bunların 11-də qapısını toxunulmaz saxlamağı bacarıb.

Xatırladaq ki, 2021-ci ildən Milan təmsilçisində çıxış edən təcrübəli oyunçu ümumilikdə 188 matçda forma geyinib. O, komandası ilə İtaliya çempionluğu və ölkə Superkubokunu qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin