Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Zirə" "Sabah" klubu ilə üz-üzə gəlib. "Zirə" rəqibinə 1:3 hesabı ilə məğlub olub.
Bizim.Media xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis maraqlı oyun alındığını, lakin hesabın oyunun gedişatını tam əks etdirmədiyini bildirib. O, ilk hissədə 0:3 hesabı ilə geridə olmalarına baxmayaraq futbolçularının performansından razı qaldığını vurğulayıb:
"Oyun bərabər səviyyədə keçirdi, sadəcə rəqib fürsətlərdən maksimum yararlandı, biz isə yox".
R.Sadıqov ikinci hissədə komandanın oyundan qopmadığını və sona qədər mübarizə apardığını bildirib.
Baş məşqçi müdafiədəki səhvləri rəqib futbolçuların yüksək ustalıq səviyyəsi ilə əlaqələndirib. O, rəqibin ilk qolunda "əllə oyun" olması ilə bağlı məsələyə toxunaraq hakimlik barədə danışmaq istəmədiyini və rəqibin qələbəsinə kölgə salmayacağını qeyd edib.
Rəşad Sadıqov məğlubiyyətin əsas səbəbini son vuruşlardakı dəqiqlik fərqində görüb:
"Bu gün hər şey rəqib üçün uğurlu alınırdı, bizim üçün isə əksinə. İlk 30 dəqiqədə xırda səhvlərdən istifadə edib bizi cəzalandırdılar. Yaxşı oyunlarımızdan birini keçirdik. Sadəcə olaraq rəqib komanda son vuruşlarda dəqiq çıxış etdikdə nəticəni öz xeyrinə dəyişmək çətin olur. Hər iki komandanın ifasında keyfiyyətli futbol oldu".
Bizim.Media

- A-
- A
- A+
İdman
20:43 / 31.01.2026
"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov
Hazırda oxunan: "Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov
Hazırda oxunan: "Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov
593777
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































