"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə QALİB GƏLDİ

Hazırda oxunan: "Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə QALİB GƏLDİ

593771

Misli Premyer Liqasında 18-ci turun görüşləri davam edir.

Bizim.Media xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb.

Günün ilk qarşılaşmasında “Kəpəz” Yevlaxda “Şamaxı”nı sınağa çəkib. Oyunda "Şamaxı" 2:0 hesabı ilə üstün olub.

"Şamaxı" qələbə sayəsində xallarının sayını 23-ə çatdırıb və 7-ci pilləyə yüksəlib. Gəncə klubu isə 12 xalla 11-cidir. Bu komandaların ilk dövrədəki oyununda Azər Bağırovun komandası Şamaxıdan 4:1 hesablı qələbə ilə qayıdıb.

Günün ikinci matçında “Zirə” öz meydanında “Sabah”la qarşılaşıb. Matç "Sabah"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra "Sabah" xallarını 43-ə çatdıraraq liderliyini möhkəmlədib. Rəşad Sadıqovun komandası isə 29 xalla 5-ci pillədə qərarlaşıb.


Masazır təmsilçisi son 6 turda xal itirmədiyi halda, “Zirə” ardıcıl 4 görüşdür qələbəyə həsrətdir.
Bu komandaların ilk dövrədəki görüşü “Sabah”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
31 yanvar (şənbə)

17:00. “Zirə” - “Sabah” - 1:3
Qol: Velko Simiç, 10 (0:1), İvan Lepiniça, 22 (0:2), Xəyal Əliyev, 27 (0:3), Davit Volkov, 83 (1:3)

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə

AVAR: Rəhman İmami

Zirə İdman Kompleksinin stadionu

14:30. “Kəpəz” - “Şamaxı” - 0:2

Qollar: A.Ağcabəyov, 12, K.Rossi, 45+1

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Asiman Əzizli

Yevlax şəhər stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin