“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir

Hazırda oxunan: “Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir

593765

“Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasından sonra fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, o, bu haqda Fransanın “Le Figaro” qəzetinə danışıb.

Püşkün nəticəsinə əsasən, Ağdam təmsilçisi bu mərhələdə İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.

“Şəxsən mən məyus oldum. Mən “Park de Prens”ə gəlib orada oynamaq istəyirdim. Mən fransızam və Çempionlar Liqasının hazırkı qaliblərinə (PSJ – red.) qarşı oynamaq çox maraqlı olardı. Bu, sadəcə mənim şəxsi fikrimdir. Bilmirəm, komanda yoldaşlarım da mənimlə razıdırmı (gülümsəyir)” - deyə o bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin