“Vilyarreal” ABŞ millisinin üzvünü transfer etdi

Hazırda oxunan: “Vilyarreal” ABŞ millisinin üzvünü transfer etdi

593735

İspaniyanın "Vilyarreal" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, La Liqa təmsilçisi "Orlando"dan Aleks Frimanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

"Vilyarreal" ABŞ millisinin üzvü üçün onun klubuna 3,5 milyon avro təzminat ödəyib. 21 yaşlı sağ cinah müdafiəçisi ilə 2032-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.


Qeyd edək ki, Aleks Friman "Orlando"nun heyətində meydana çıxdığı 113 rəsmi matçda 18 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin