“Barselona” Fermin Lopeslə müqaviləni UZATDI

Hazırda oxunan: “Barselona” Fermin Lopeslə müqaviləni UZATDI

593658

Hücumameylli yarımmüdafiəçi Fermin Lopez “Barselona” ilə müqaviləsini 2031-ci ilə qədər uzadıb.

Bizim.Media xəbər verir ki, klubun mətbuat xidməti bu xəbəri özünün X sosial media səhifəsində açıqlayıb.

Daha əvvəl mediada 22 yaşlı yarımmüdafiəçinin maaşının yeni müqaviləyə əsasən ikiqat artırılacağı bildirilirdi. Həmçinin Lopezin sərbəst qalma bəndinin də ikiqat artırılacağı vurğulanırdı.

Yarımmüdafiəçi “Barselona”nın gənclər sisteminin yetirməsidir. O, Kataloniya klubuna 13 yaşında “Betis” akademiyasından qoşulub. Lopez “Barselona”nın böyüklər komandasında bütün yarışlarda 114 oyunda meydana çıxıb, 29 qol vurub və 22 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 70 milyon avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin