“Neftçi”nin üzvü xarici klubların diqqət mərkəzində

Hazırda oxunan: “Neftçi”nin üzvü xarici klubların diqqət mərkəzində

593642

"Neftçi"nin üzvü Murad Məmmədov legioner həyatı yaşaya bilər.

Bizim.Media xəbər verir ki, gənc istedadın xidmətində bir neçə xarici klub maraqlıdır.

19 yaşlı vinger də ölkəni tərk etməyə hazırdır.

Bu barədə "ağ qaralar"ın rəhbərliyi də məlumatlıdır.

Hazırda bu istiqamətdə aktiv danışıqlar davam etdirilir.

U-21 millimizin üzvü peşəkar karyerasında yalnız "Neftçi"də çıxış edib.

O, Bakı təmsilçisində keçirdi 29 matçda 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, yayda müqaviləsi bitən yetirməsinə "Neftçi" yeni 3 illik anlaşma təklif etsə də, hələ razılığa gəlmək mümkün olmayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin