Qurban Qurbanov Nyukaslda: 21 il əvvəl - VİDEO

Hazırda oxunan: Qurban Qurbanov Nyukaslda: 21 il əvvəl - VİDEO

593622

Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə "Nyukasl"ı ilə üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını Bakıda, cavab görüşünü isə Nyukasl şəhərində oynayacaq.

"Nyukasl" ev oyunlarını “St James’ Park” stadionunda keçirir. Bununla da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 21 il sonra yenidən “St James’ Park”a yollanacaq.

Belə ki, Q.Qurbanov ilk dəfə bu stadiona 2005-ci ildə futbolçu kimi Azərbaycan yığmasının heyətində gedib. O, İngiltərə millisinə qarşı matça start heyətdə çıxıb. Q.Qurbanov həmin oyunda hesabı açmağa yaxın olub. O, qapıya zərbə vurub, lakin top dirəyin yanından keçərək qapı xəttindən meydandan çıxıb.

Matç isə İngiltərənin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin