“Aston Villa”nın müdafiəçisi “Beşiktaş”da

Hazırda oxunan: “Aston Villa”nın müdafiəçisi “Beşiktaş”da

593456

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi "Aston Villa"dan Yasin Özcanı satınalma bəndi ilə icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Türkiyəli futbolçu mövsümün ikinci yarısını "qara qartallar"ın heyətində keçirəcək. 19 yaşlı mərkəz müdafiəçisi artıq yeni komandası ilə ilk məşqinə çıxıb.


Qeyd edək ki, "Aston Villa" Yasin Özcanı 2025-ci ilin yayında "Kasımpaşa"dan 7 milyon avroya transfer edib.

Türkiyə U-21 millisinin üzvü mövsmümün ilk yarısında icarə əsasında "Anderlext"in formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin