“Qarabağ”ı təbrik edirəm.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması barədə danışarkən deyib.
O, “Liverpul” kimi komandaya səfərdə məğlub olmağın normal hal olduğunu bildirib: “Kaş ki, hesab 0:6 olmazdı. Lakin “Qarabağ” bu büdcə və heyətlə adını pley-offa yazdırdı. Halal olsun! Böyük uğurdur. İki türk komandası – “Qalatasaray” və “Qarabağ” Çempionlar Liqasına yoluna davam edir. Təbrik edirəm”.
Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq. Azərbaycan çempionu 1/8 finala gedən yolda PSJ və ya “Nyukasl”la qarşılaşacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:20 / 29.01.2026
Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!
Hazırda oxunan: Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!
Hazırda oxunan: Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!
593392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































