"Bu sualı cavablandırmaq üçün hələ tezdir. Baş məşqçimizlə, baş katiblə, idmançılarla bu istiqamətdə görüşümüz olacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyasına prezident seçilən Sahil Babayev "Boksçularımız Ermənistanda keçiriləcək Avropa çempionatına gedəcəklərmi" sualını cavablandırarkən deyib.
O, boksçularımızın istənilən yarışa qaıtmağa hazır olduğunu bildirməklə yanaşı, qərarı idmançıların özləri və məşqçilərin verəcəyini qeyd edib:
"Azərbaycan idmanı üçün ən xeyirli addımı atacağıq. Azərbaycan idmançısı istənilən arenada nəinki idman yarışına çıxmaq, ona qalib gəlmək gücündədir. Əlbəttə ki, müvafiq hazırlıq və digər meyarlar baxımından peşəkarlarla qiymətləndirmə aparmalıyıq. Yekun qərar idmançılarımız və məşqçilərimizdən asılıdır. Bu mənada ana amil idman olacaq".
Qeyd edək ki, Avropa çempionatı bu il 21 - 31 mayda İrəvanda keçirilməlidir.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:50 / 09.02.2022
Azərbaycan yığması İrəvandakı Avropa çempionatına gedəcək? - Sahil Babayevdən CAVAB
Hazırda oxunan: Azərbaycan yığması İrəvandakı Avropa çempionatına gedəcək? - Sahil Babayevdən CAVAB
Hazırda oxunan: Azərbaycan yığması İrəvandakı Avropa çempionatına gedəcək? - Sahil Babayevdən CAVAB
59337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.