“Qarabağ” 2500 manat CƏRİMƏLƏNDİ

Hazırda oxunan: “Qarabağ” 2500 manat CƏRİMƏLƏNDİ

593361

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Bizim.Media xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XVII turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallar müzakirə olunub.

“Araz-Naxçıvan”la matçda heyətinə 6 nəfər sarı vərəqə aldığı üçün “İmişli” 700 manat cərimələnib. Naxçıvanlılarda isə 4 futbolçu sarı vərəqə aldığı üçün klub eyni məbləğdə cərimə ödəməli olacaq.

“Neftçi” – “Zirə” görüşündə oyun günü planı pozulduğundan, “Neftçi” 2000 manat ziyana düşüb.

“Qarabağ” – “Kəpəz” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxs daxil olub ki, bu, birincilərin 2500 manat cərimə olunmasına gətirib çıxarıb.

“Karvan-Yevlax”la oyunda 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” da 700 manat cəriməyə məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin