"Real" ərəblərdən futbolçu transfer EDƏ BİLƏR

Hazırda oxunan: "Real" ərəblərdən futbolçu transfer EDƏ BİLƏR

593282

"Real" klubu heyətini gücləndirmək üçün transfer bazarında fəallığını davam etdirir.

Bizim.Media xəbər verir ki, "One Football"un məlumatına görə, "kral klubu"nun hədəfinə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən portuqaliyalı yarımmüdafiəçi Ruben Neveş düşüb.
 

Məlumata görə, Madrid təmsilçisi bu keçidi cari ilin yayında reallaşdırmağı planlaşdırır. Həmin vaxt Neveşin ərəb klubu ilə müqaviləsi başa çatacaq və o, "Real"a azad agent statusu ilə qoşula bilər.


Qeyd edək ki, mart ayında 29 yaşı tamam olacaq futbolçu karyerası ərzində "Portu" və "Vulverhempton" kimi klubların formasını geyinib. O, Portuqaliya millisində keçirdiyi 63 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin