Boks Federasiyasının yeni hədəfləri hansılardır? - Sahil Babayev açıqladı

Hazırda oxunan: Boks Federasiyasının yeni hədəfləri hansılardır? - Sahil Babayev açıqladı

0:00
0:00
59319

Azərbaycan Boks Federasiyasının (ABF) hədəfləri açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABF-nin yeni prezidenti Sahil Babayev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qarşıdakı hədəfləri bir neçə istiqamətə bölmək olar:

"Qısa müddətli cari ildəki yarışlarda Azərbaycana medallar qazandırmaq istəyirik. Orta müddətli hədəfə gəlincə, Paris olimpiadasına çox vaxtımız yoxdur. Burada da hədəf medallar gətirməkdir. Uzunmüddətli hədəflər isə yeni gənc boksçu nəslinin yetişdirilməsidir. Bunun üçün seleksiyalar həyata keçirilməli, yeni gənc hakim nəslin üzə çıxmasına çalışmalıdır. Bu hədəflərin altında da çoxsaylı planlar olacaq.

Nazir Azərbaycanda yaxşı boks infrastrukturunun mövcud olduğunu deyib:

"Amma əhali arasında potensialı nəzərə alaraq, bu infrastrukturu genişləndirməliyik. Beynəlxalq arenada da əlaqələri genişləndirmək lazımdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin