“Qarabağ”ın legionerini almaq istəyən klubların SAYI ARTIR

Hazırda oxunan: “Qarabağ”ın legionerini almaq istəyən klubların SAYI ARTIR

593187

“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşuk tezliklə Azərbaycanı tərk edə bilər.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bir neçə ölkədən təkliflər alıb.
 

Ukraynanın gənclər millisinin sabiq üzvü ilə ən çox maraqlananlar ölkəsi Ukrayna klublarıdır. Lakin Kaşuk müharibə şəraiti ilə əlaqədar ölkəsinə qayıtmağı planlaşdırmır. Polşa, İsrail, Macarıstan təmsilçilərinin də Kaşukun durumunu izlədikləri bildirilir.


Hücumameyilli oyunçu Ağdam klubunda əsas heyət üzvü olmadığından, ayrılmağın əleyhinə deyil. Lakin o, hələ ki, tələsmək istəmir. Kaşuku bu ay transfer etmək istəyən klublar olsa da, futbolçu mövsümün sonuna qədər gözləməyin tərəfdarıdır. Fikrini dəyişib-dəyişməməsi isə gələcək təkliflərdən asılıdır.

Qeyd edək ki, Aleksey Kaşukun “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin