“Liverpul” “Qarabağ”la oyunun məşqinə 16 futbolçu ilə çıxdı - FOTO

Hazırda oxunan: “Liverpul” “Qarabağ”la oyunun məşqinə 16 futbolçu ilə çıxdı - FOTO

593056

“Liverpul” Çempionlar Liqasında “Qarabağ”la son tur oyunu ərəfəsində məşqə ciddi itkilərlə çıxıb. 

Bizim.Media xəbər verir ki, Arne Slotun komandası AXA təlim bazasında keçirilən son məşqdə cəmi 16 meydan oyunçusu ilə çalışıb.
 

“Bornmut”la oyunda Co Qomezlə toqquşmadan sonra dizində şişkinlik yaranan qapıçı Alisson Bekker məşqdə tam iştirak edib və bununla da zədə ilə bağlı narahatlıqları aradan qaldırıb. O, Giorgi Mamardaşvili və Freddi Vudmanla birlikdə məşq edib. Bu, müdafiə xəttində artan itkilər fonunda “Liverpul” üçün mühüm xəbər sayılır.


Bununla belə, həm Co Qomez, həm də şəxsi səbəblərə görə komandadan kənarda qalan İbrahima Konate məşqdə olmayıb. Bu da onların “Qarabağ”la oyunda iştirakını demək olar ki, mümkünsüz edir. Müdafiədə yaranmış boşluq səbəbindən Vataru Endonun Vircil van Deyklə birlikdə mərkəz müdafiədə oynaması ehtimal olunur. Endi Robertson isə “Tottenhem”ə mümkün transferi baş tutmadıqdan sonra məşqdə yer alıb.

İngiltərə mediası “Liverpul” üçün sevindirici məqam kimi Federiko Kyezanın son iki oyunu buraxdıqdan sonra yenidən məşqlərə qoşulmasını qeyd edib. İtaliyalı futbolçunun ehtiyatdan oyuna daxil olaraq Slotun seçimlərini genişləndirməsi gözlənilir.

“Liverpul” bilir ki, “Qarabağ” üzərində qələbə Çempionlar Liqasında birbaşa 1/8 finala vəsiqəni təmin edəcək. İstənilən başqa nəticə isə komandanı digər oyunların nəticələrindən asılı vəziyyətə salaraq pley-off mərhələsinə sürükləyə bilər.

Məşqdə iştirak edən heyət:

Qapıçılar: Alisson, Mamardaşvili, Vudman

Müdafiəçilər: Van Deyk, Robertson, Kerkez, Frimpong

Yarımmüdafiəçilər: Gravenberç, Szoboslay, Mak Allister, Cons, Endo, Nioni

Hücumçular: Virtz, Ekitike, Salah, Qakpo, Kyeza, Nqumoha

Komandadan kənarda qalanlar: Konate (atasının yas mərasimində iştirak edir), Ramsay (oynamaq hüququ yoxdur), Qomez, Leoni, Bredli, Bayçetiç, Isak, Danns












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin