Kəmaləddin Heydərovu Sahil Babayev əvəzləyir

Hazırda oxunan: Kəmaləddin Heydərovu Sahil Babayev əvəzləyir

0:00
0:00
59300

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Kəmaləddin Heydərov koronavirusa YOLUXDU – ÖZƏL 


S.Babayevin bu gün Gənclər və İdman Naziriliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. “Report” onun fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcəyini yazıb. 

Əldə etdiyimiz məlumata görə, koronavirusa yoluxan K.Heydərov iclasa onlayn formada qoşulacaq. 

Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin