Bu futbolçu “Araz Naxçıvan”dan kompensasiya alacaq

Hazırda oxunan: Bu futbolçu “Araz Naxçıvan”dan kompensasiya alacaq

592922

Qış fasiləsindən öncə “Araz-Naxçıvan”dan ayrılan Ayyub Allaş pulunu klubdan hissə-hissə alacaq.

Bizim.Media xəbər verir ki, o, Naxçıvan təmsilçisinin rəhbərliyi ilə bu barədə razılığa gəlib.

Hələ yaya qədər müqaviləsi qalan oyunçu ilə sözləşmə qarşılıqlı razılıq əsasında pozulmayıb.

“Araz-Naxçıvan” belçikalı oyunçuya təzminat ödəməli olacaq. Lakin ona veriləcək məbləğin birdəfəlik deyil, hissə-hissə ödəniləcəyi yarımmüdafiəçiyə deyilib. O da bununla barışıb və pulunu mərhələli şəkildə alacağına dair sənədə imza atıb.

Həmin məbləğ isə mövsümün sonuna qədər ödənilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin